Slimfit
  1. AZƏRBAYCAN

Novruz Məmmədov büdcə müzakirələrinə qatılacaq

Novruz Məmmədov büdcə müzakirələrinə qatılacaq
Sakura

Novruz Məmmədov büdcə müzakirələrinə qatılacaq

Noyabrın 13-də Milli Məclisdə (MM) 2019-cu ilin büdcə zərfinin müzakirələri yenidən başlayır.

Oxu.Az xəbər verir ki, üç günlük müzakirələr bu dəfə plenar iclaslarda gedəcək.

Büdcə zərfi ilə bağlı öncə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin və maliyyə naziri Samir Şərifovun məruzələri dinləniləcək.

Sonra müzakirələrə başlanılacaq.

Qeyd edək ki, büdcə müzakirələrində millət vəkilləri ilə yanaşı, baş nazir Novruz Məmmədov olmaqla, hökumət üzvləri də iştirak edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq, büdcə zərfi bu ildən üç oxunuşdan keçiriləcək.

Xatırladaq ki, gələn ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR