Novruz Məmmədov bu qurumun yeni tərkibini təsdiq etdi
Nazirlər Kabineti “Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edib.
AzNews.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə əsasən, Milli Arxiv İdarəsinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyən edilib və aşağıdakı tərkibdə təsdiq olunub:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru
Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət