Dərc edildi: Baxış sayı: 594
Növrəs İman - Qaldı
Qərib bağban idim, çox çəkdim cəfa,
DərilməmiĢ güli-bostanım qaldı.
Gəlmədi bimürvət fələk insafa,
Dərdli, qəmli günüm, dövranım qaldı.
Qəza rəfiq oldu, mənilən gəzdi,
Ümidim, əlacım hər yandan üzdü.
Fələk ö əliynən rövnəqim pozdu,
Qəm mətalı dolu meydanım qaldı.
Bəxti kəm olmuĢam mən əvvəl baĢdan,
Can qəmdən ayrılmaz, didəm qan-yaĢdan.
Qurtarmadım bircə oddan, ataĢdan,
Xəstəyəm, dərd üçün dərmanım qaldı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət