Slimfit
  1. ƏDƏBİYYAT

Növrəs İman - O dərindi, bu

Növrəs İman - O dərindi, bu
Sakura

Növrəs İman - O dərindi, bu

Bu gün səfər etdim, beş xanə gördum,
Beşə cavab verdi, o dərindi, bu?
Beş qapısı bağlı, beşi açılmış,
Beşi çavab verdi, o dərindi, bu?

Beş alim əyləşib, beşi rufadad,
Beşi mavi qılır, beşi qiraət,
Beşi islam şərti, şahı şəhadət,
Beşi cavab verdi, o dərindi bu?

Beş əl götür, beş əlilə beşə bax,
Beşi salam, beşi kəlam, beşə bax,
Beşi sağdı, beşi soldu, beşə bax,
Beşi cavab verdi, o dərindi, bu?

Beş alim əyləşib beş məqam üstə,
Beşi oturmuşdu, beş ayaq üstə,
Beşi qocalmışdı, beşi növrəstə,
Beşi cavab verdi, o dərindi, bu?

Beşi ayə nədi, beşi məstanə,
Beşi biganədi, beşi divanə,
Beşi İmanədi, beşi hər yanə,
Beşi cavab verdi, o dərindi, bu?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR