Slimfit
  1. ƏDƏBİYYAT

Növrəs İman - Beşlik

Növrəs İman - Beşlik
Sakura

Növrəs İman - Beşlik

Beş gün səfər etdim, bir xanə gördüm
Beşi nalə çəkir, beşi ah edir.
Beş qapısı bağlı, beşi açılmış,
Beşi cavab verdi o dərindir, bu?

Beş alim əyləşib beş məqam üstə
Beşi qocalmışdı beşi növrəstə
Beşi ayaq üstə beşi bir dəstə
Beşi cavab verdi o dərindir, bu?

Beş alim əyləşib beşi urfadat
Beşi mavi qılır beşi qiraət
Beşi İslam şərti, beşi şəhadət
Beşi cavab verdi o dərindir, bu?

Beş əl götür beş əlinlə beşə bax
Beşi sağdı, beşi soldu beşə bax
Beşi Salam, beşi kəlam beşə bax
Beşi cavab verdi o dərindir, bu?

Beşi ayədədir? beşi mərdanə
Beşi biganədir, beşi miyanə
Beşi İmanədir, beşi hər yanə
Beşi cavab verdi o dərindir, bu?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR