Dərc edildi: Baxış sayı: 503
Növbəti prezident Putindən daha ağıllı olacaq – Cəmilov
Putinin hakimiyyəti dönəmində Rusiyanın Krımı qaytarması o qədər də inandırıcı deyil. Buna görə də Rusiyaya qarşı sanksiyaları gücləndirmək lazımdır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Krım tatarlarının lideri Mustafa Cəmilov deyib.
“Aydındır ki, Putin rejimi dövründə yarımadanın geri qayıtması çətindir. Almaniyanın eks-prezidenti Herhard Şröyder bir müddət əvvəl dedi ki, Putindən sonrakı prezident də Krımı geri qaytarmayacaq. Düşünürəm ki, Rusiyanın növbəti prezidenti Putindən daha ağıllı olacaq və başa düşəcək ki, ölkəsinin maraqları sivil dövlət olmaqdan keçir”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət