Slimfit
  1. TEXNOLOGİYA

Növbəti iPhone və Apple Watch modelləri qabaqcıl texnologiyanın sayəsində daha çox işləyəcək

Növbəti iPhone və Apple Watch modelləri qabaqcıl texnologiyanın sayəsində daha çox işləyəcək
Sakura

Növbəti iPhone və Apple Watch modelləri qabaqcıl texnologiyanın sayəsində daha çox işləyəcək

IHS Markit araşdırma firmasının məlumatlarına əsasən, Apple şirkəti gələcək smartfon və ağıllı saatlarında mobil cihazların avtonom işləməsi vaxtının artırılmasına yönəlmiş innovativ texnologiyadan istifadə etmək niyyətindədir. Bunun üçün amerikan şirkəti ənənəvi LTPS TFT-matrislərin istifadəsindən uzaqlaşmağı və daha qabaqcıl həllərdən istifadə etməyi planlaşdırır.

OLED displeyli müasir smartfonların əksəriyyətində LTPS TFT matrislər tətbiq edilir. Məlumat verilir ki, Apple LTPO TFT aşağı temperaturlu polikristallik oksidi texnologiyasına keçməyi planlaşdırır. Nəzəriyyədə bu cihazların avtonomluğunu 5-15% artırmağa imkan verir. Məhz ekranın birləşdirici kartının istehsal texnologiyası ayrıca piksellərin yanması və sönməsinə, displeyin ölçüsünə, yenilənmə tezliyinə və sərf olunan enerjinin miqdarına cavabdehdir.

Ehtimal ki, əvvəlcə Apple test üçün yeni texnologiyanı ağıllı saatlarda tətbiq edəcək, gələcəkdə isə smartfon kimi digər cihazlara da keçirəcək. 

Mənbə: fonearena.com (4pda.ru)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR