Dərc edildi: Baxış sayı: 705
Növbəti iki yeni metro qatarı Bakıya gətirilib
“Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında növbəti iki yeni qatar Bakıya gətirilib.
Bunu “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, iki yeni qatar sazlama, tənzimləmə və sınaq işlərindən sonra sentyabrda xəttə buraxılacaq: “2019-cu ildə 6 yeni qatarın gətirilməsi planlaşdırılmışdı. Bununla bağlı Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC ilə müqavilə imzalanıb. Müqavilə əsasında son iki qatar və yaxud da ümumlikdə 10 vaqon artıq Bakıya gətirilib".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət