Slimfit
  1. CƏMİYYƏT

Növbəti həftə "mall"ların fəaliyyəti və rayonlara gediş-gəliş bərpa edilir? – AÇIQLAMA

Növbəti həftə "mall"ların fəaliyyəti və rayonlara gediş-gəliş bərpa edilir? – AÇIQLAMA
Sakura

Növbəti həftə "mall"ların fəaliyyəti və rayonlara gediş-gəliş bərpa edilir? – AÇIQLAMA

Avqustun 18-də açıq havada fəaliyyət göstərən kafe və restoranlar açılacaq. Operativ Qərargahın sonuncu brifiqində rayonlara gediş-gəliş və iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası məsələsinin müzakirə olunduğu bildirilib. Növbəti həftə iri ticarət mərkəzləri və rayonlara gediş-gəliş bərpa oluna bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, iri ticarət mərkəzləri və rayonlara gediş-gəliş insanların daha çox sıx toplaşdığı məqamlardır:

"İnsanlar ticarət mərkəzlərinə , o cümlədə rayonlara kütləvi şəkildə üz tutur. Hazırda yay mövsümu olduğu üçün hər kəs gözləmə məqamındadır. Rayonlara gediş-gəliş bərpa olunsa insanlarımız istirahət mərkəzlərinə üz tutacaq. Mən Gəncəni təmsil edirəm, orada da yaşayıram. Təəssüf ki, heç kəs qoyulan qaydalara əməl etmir. Maskasız və sosial məsafəni qorumadan hərəkət edirlər. Bu da təbii ki, yoluxmanın sayını artırır. Ona görə də insanların özündən də çox şey asılıdır. Əgər biz ticarət mərkəzlərin açılmasını və rayonlara gediş-gəlişin bərpa edilməsini istəyiriksə qoyulan qaydalara əməl etməliyik. Biz digər yumşalmaların olmasını olmasını istəyiriksə qapalı yerlərdə maska taxmalı, sosial məsafəni qorumalı və şəxsi gigyenik qaydalara əməl etməliyik. Bağlı məkanlara daxil olduqda hər birimiz qoyulan qaydalara mütləq əməl etməliyik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR