Norveç neft hasilatını artırıb
Norveç neft hasilatının həcmini aprel ayında 4,5 faiz artıraraq 1,78 milyon barelə çatdırıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 30,2 faiz artım deməkdir.
Ens.az Report.az-a istinadən xəbər verir ki,Norveç Neft Direktorluğunun (NPD) həmçinin aprel ayı ərzində neft, kondensat, yüngül karbohidrogenlərin ümumi hasilatının 2,9 faiz azaldılaraq 2,12 milyon barelədək endirildiyini bildirib. Ötən ilin müvafiq dövrünə nisbətən 23,2 faiz artım qeydə alınıb.
Qeyd edək ki, Norveç hökuməti OPEC+ çərçivəsində hasilatı azaltmaqla bağlı razılaşmaya qoşulmaq niyyətində olduğunu açıqlamışdı.
Xatırladaq ki, aprel ayının 12-də əldə edilmiş razılaşmaya görə, may-iyun aylarında neft hasilatını 9,7 milyon barel, iyul ayından ilin sonunadək olan müddət ərzində isə 7,7 milyon barel azaltmaq qərarına gəlinib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət