Slimfit
  1. İQTİSADİYYAT

Norveç hasilatın ixtisarı ilə bağlı planlarını dəyişməyəcək

Norveç hasilatın ixtisarı ilə bağlı planlarını dəyişməyəcək
Sakura

Norveç hasilatın ixtisarı ilə bağlı planlarını dəyişməyəcək

Norveç iyunun 6-da qəbul edilən OPEC+ qərarlarından sonra neft hasilatının ixtisarı üzrə mövcud planını dəyişdirməyi planlaşdırmır.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə “Reuters” Norveçin Neft və Energetika Nazirliyinə istinadən məlumat yayıb.

“OPEC+ neft bazarının hazırkı sabitləşməsində əsas rol oynadı. Bu formatda iştirak edən ölkələrin son qərarı onların dünya iqtisadiyyatı üçün görünməmiş bu dövrdə bu istiqamətdəki səylərini göstərir. Norveçin planlarını dəyişdirmək planları yoxdur”, - Nazirlikdən bildiriblər.

Daha əvvəl ölkənin Neft və Energetika naziri Tina Bru Norveçin neft hasilatını 2020-ci ilin iyunundan dekabr ayına qədər azaltmağı düşündüyünü söyləyib: iyunda gündəlik 250 min barel, ilin ikinci yarısında isə 134 min barel. O həmçinin əlavə edib ki, yeni yataqların kəşfi 2021-ci ilə qədər təxirə salınacaq. Beləliklə, onun sözlərinə görə, Norveçdə 2020-ci ilin dekabr ayında ümumi neft hasilatı əvvəlcədən planlaşdırıldığından 300 min barrel/gün az olacaq.

Qeyd edək ki, Norveç OPEC+ formatına daxil deyil, amma sazişi hasilatın azaldılması ilə dəstəkləyir.

OPEC+ ölkələri aprelin 12-də keçirilmiş təcili videokonfransda neft hasilatının azaldılması üzrə yeni razılaşma əldə ediblər. Yeni sazişə görə, may-iyun aylarında hasilatda ümumi ixtisar 9,7 milyon barrel/gün, iyul-dekabr aylarında 7,7 milyon barrel/gün, 2021-ci ilin əvvəlindən 2022-ci ilin aprelinə qədər isə 5,8 milyon barel/gün təşkil edəcək.

İyunun 6-da keçirilən iclasda isə OPEC+ nazirləri hasilatın azaldılması üzrə mövcud razılaşmanın parametrlərinin iyulda da qüvvədə qalmasına dair qərar qəbul ediblər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR