Dərc edildi: Baxış sayı: 458
Norveç Baş naziri Erna Solberqdən çağırış: Hər ana 2 uşaq...
Yeni il münasibətilə çıxış edən Norveç Baş naziri Erna Solberq çıxışının böyük hissəsini ölkənin rifah sistemi və sistemin mövcudluğunu qoruyub saxlaması üçün zəruri olan əhali artımına həsr edib.
Axar.az xəbər verir ki, norveçli anaların orta hesabla 1.6 uşaq dünyaya gətirdiyini bildirən baş nazir bu rəqəmin kifayət etmədiyini və ən azı 2 uşağın dünyaya gətirilməli oluğunu söyləyib.
Baş nazir Norveçin rifah sisteminin 10 il daha belə davam edəcəyini, vergi verən əhali sayının artmayacağı halda bu müddətdən sonra problemlər yaranacağını qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət