Dərc edildi: Baxış sayı: 506
"Nokia"nın Rusiyadakı nümayəndəliyinə azərbaycanlı rəhbərlik edəcək
Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin sabiq müavini Rəşid İsmayılov "Nokia" korporasiyasının Rusiyadakı nümayəndəliyinin baş direktoru olacaq.
Trend-in məlumatına görə, R.İsmayılov bundan əvvəl korporasiyanın Şərqi Avropadakı xidmət bölməsinə rəhbərlik edib.
Bununla yanaşı, o, 2019-cu ilin mayınadək Beynəlxalq Elektrik Rabitəsi İttifaqının Şura sədri vəzifəsində çalışmağa davam edəcək.
Qeyd edək ki, R.İsmayılov 1998-ci ildən "Ericsson", "Nokia", "Huawei Technologies" kimi iri İT şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən 2018-ci ilin iyulunadək isə Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyində işləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət