Slimfit
  1. CƏMİYYƏT

“Nizami” stansiyasına giriş bağlandı

“Nizami” stansiyasına giriş bağlandı
Sakura

“Nizami” stansiyasına giriş bağlandı

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında tuneldə tüstülənmə başa verib. Nəticədə qatarların hərəkəti 25 dəqiqə gecikib.

Ens.Az-ın məlumatına əsasən,bu barədə Axar.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Bildirilib ki, sözügedən tunel xəttində qatar maşinisti tüstülənmə müəyyən edib:

"Metropolitenin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik çıxarılıb. Bu barədə Fövqəladə Halllar Nazirliyinin adidiyyəti qurumuna məlumat verilib və yanğınsöndürmə qrupu dəvət edilib. "Nizami" stansiyası sərnişinlərin girişi üçün bağlanılıb. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb. Hərəkətin təhlükəsizliyi ilə bağlı hər hansı bir neqativ hal yaranmayıb. Qatarların hərəkəti 25 dəqiqə sonra bərpa edilib".

Qeyd olunub iki, hazırda həm qırmızı, həm də yaşıl xətt üzrə qatarların intervala uyğun hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR