Slimfit
  1. MARAQLI

Niyə yaraşıqlı oğlanların yanında həmişə çirkin qızlar olur? – Azərbaycanlı qadınların cavabları

Niyə yaraşıqlı oğlanların yanında həmişə çirkin qızlar olur? – Azərbaycanlı qadınların cavabları
Sakura

Niyə yaraşıqlı oğlanların yanında həmişə çirkin qızlar olur? – Azərbaycanlı qadınların cavabları

Belə suallarla tez-tez rastlaşırıq: “Niyə yaraşıqlı oğlanlar çirkin qızlarla evlənir”. “Niyə hündür oğlanlar balacaboy qızları seçir?”.
Bu təsadüfdürmü? Yoxsa, şüuraltı təsirmi, şüurlu seçim sayəsindəmi baş verir? Belə mövzularda psixoloqlar yetərincə rəy verib.

 

A24.Az mövzunu elə xanımlarla araşdırıb. Vizual, yaş həddi, ictimai mövqeyi fərqli olan 20 xanıma eyni sualla müraciət etdik. Ən maraqlı cavabları təqdim edirik:

  1. “Bir-birlərinin əksiklərini tamamlayırlar”.

2. “Çünki, çirkin qızlar tez əldə edilir”

3. “Bunun bir çox səbəbi ola bilər. İlk olaraq, ürək kimi sevmişdirsə, gözəl olan da odur. Çünki, fiziki cəhətdən gözəl olmayan birinin mənəvi gözəlliyi ola bilər. Qarşısındakı insan da bəlkə bunu görür. Çirkin qadın yoxdur, amma bizə çirkin görünən biri davranışları  ilə qarşı cinsə təsir edə bilər. Həm də, qismət deyilən bir şey də var

4. “Gözəl qızlar gözəlliyinə güvənib həmişə “kişi gəlsin” düşünürlər. Amma çirkin qızlar çirkin olduqlarını bildiyinə görə özləri hərəkətə keçir və yaraşıqlı kişini də onlar ələ keçirir”.

5. “Bu tarazlıq qadınlarda da pozulur. Gözəl qadınlar da həmişə çirkin kişiləri sevir”.

6. “Çünki, çirkin qadınların yaraşıqlı kişiləri tərk etmək riski çox azdır”.

7. “Necə deyərlər – meşədə armudun yaxşısını çaqqal yeyər”.

8. “Qısqanclıq və xəyanət riski yoxdur deyə onları seçirlər, yoxsa niyə olsun? Çirkin qadına meymun belə baxmaz”.

9. “Bu elmi cəhətdən də təsdiqlənmiş bir şeydir ki, kişilər görünüşə deyil, ağıla və xarakterə önəm verirlər”.

10. “Məncə gözəl qızlardan xəyanət gördükləri üçündür”.

11. “Bütün yaraşıqlı kişilər çox eqoist olur, ona görə özündən çirkin birini seçir ki, onun yanında daha yaraşıqlıı görünsün”.

12. “Demək ki, bizə çirkin görünən onlara gözəl görünür”.

13. “Bu kişinin özünə güvənməməyi ilə bağlıdır”.

14. “Çirkin qızlarla təcrübə toplayıb sonda yenə gözəlin yanına qaçacaq”.

15. “Yaraşıqlı kişilər yarpaq dolması kimidir, həmişə yanında qatıq olur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR