Slimfit
  1. DÜNYA

Niyə SSRİ-də daha çox 5 və 9 mərtəbəli binalar tikirdilər

Niyə SSRİ-də daha çox 5 və 9 mərtəbəli binalar tikirdilər
Sakura

Niyə SSRİ-də daha çox 5 və 9 mərtəbəli binalar tikirdilər

SSRİ-nin əksər şəhərlərində, elə Bakıda da o vaxtdan qalan binaların çoxu 5 və ya 9 mərtəbəlidir. Məsələn, niyə 9, amma 10 yox? Sualın cavabı maraqlıdır.

 

Bizimyol.info xəbər verir ki, SSRİ-də çoxsaylı yaşayış binalarının inşasına 1940-cı illərdə başlanılmışdı. Çoxlu kommunal evlərdən, kənd yerlərindən gələnlər üçün 50-ci illərdə yeni binalar hazırlandı. Binalarda lift quraşdırmaq mümkün deyildi. Ümumi qərar belə oldu ki, hər bir insan 5-ci mərtəbəyə piyada qalxa bilər. Beləcə, 5 mərtəbəli binalar yarandı.

Məsələnin başqa tərəfi də vardı. Yanğın maşınlarının nərdivanı 5-ci mərtəbədən yuxarı qalxa bilmirdi. Buna görə də SSRİ-də uzun müddət daha yüksək mərtəbəli binalar tikilmədi. 70-ci illərdə şərtlər dəyişdi. Yanğın maşınlarının nərdivanı 27-30 metri “görürdü”. Bu da 9 mərtəbəli binaları əlçatan edirdi.

Əvvəlcə Moskvada 8 mərtəbəliləri tikdilər. Sonra daha 1 mərtəbə də əlavə olundu. Bəzi binalarda iki lift quraşdırıldı. Liftlərdən biri yük üçün nəzərdə tutulmuşdu. İndi belə liftləri yeni çoxmərtəbəli binalarda görürük.

Düzdür, SSRİ-də sonralar 12-14 mərtəbəli yaşayış evləri də peyda oldu. Amma məlum səbəblərdən əksəri 5 və 9 mərtəbəlidir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR