Slimfit
  1. MARAQLI

Niyə Günəş enerjisinə keçmək mütləqdir? - 7 Səbəb

Niyə Günəş enerjisinə keçmək mütləqdir? - 7 Səbəb
Sakura

Niyə Günəş enerjisinə keçmək mütləqdir? - 7 Səbəb

Enerji bizi var edən məhfumlardan biridir. Bu məhfum üçün dövlətlər arasında böyük müharibələr, münaqişələr hər zaman baş verib və günümüzdə də davam etməkdədir. Tarix enerji mənbələrinə görə hətta böyük imperiyaları da öz köksündə əbədiyyən uyudub. Məsələn, bizə yaxın coğrafiyada yerləşən Osmanlı İmperiyasının, məhz neft-qaz yataqlarına görə yıxıldığı iddia olunur...

Təbii ki, bu siyasətdir. Və bu bizim işimiz deyil. Nəticələrlə tarixçilər və siyasətçilər məşğul olurlar. Biz qayıdaq səbəblərə - ENERJİ.

TED.az bu yazıda sizlərə ənənəvi enerji mənbələrindən danışmayacaq.Dünyamızda, ya da ki, dünyamızdan kənarda olan bitib-tükənməyən enerji mənbəyi haqqında məlumat verəcək – GÜNƏŞ.

Alimlər hesab edirlər ki, bəşəriyyət bir an öncə Günəş enerjisinə keçməlidir. Bu öngörü bir sıra tutarlı səbəblərlə əsaslandırılır.

  • İlk və ən əsas səbəblərdən biri odur ki,günəş enerjisinin yenilənə bilən mənbələri mütəmadi olaraq bütövlükdə yer üzündə ildən-ilə əlçatan olur.

 

  • 2-cisi, bu nisbətən etibarlı resursdur. Bundan başqa pulsuz və yenilənəndir. Kömür, neft, təbii qaz və split atomun resurslarında olduğu kimi, ona məhdudiyyət yoxdur.Günəş enerjisinin  texnologiyasının  növbəti vacib üstünlüyü ondadır ki, bəzi istisnalarla bərabər, yanacaq-pulsuzdur və dövlətin, iri şirkətlərin, həmçinin, neft kartellərinin nəzarəti altında olur.

 

  • 3-cü balanslı arqument odur ki,əgər istehsal dövrünü və  həmin günəş enerjisini udan  günəş batareyalarının  qurulması prosesini nəzərə almasaq, günəş enerjisi  təmizdir və ətraf mühiti çirkləndirmir. Günəş enerjisinin istifadəsi nəticəsində  ətraf mühit çox cüzi  miqdarda zədələnir və çirklənməyə məruz qalır...

 

  • 4-cüsü, texnologiyanın ən vacib hissəsi yenilənən günəş enerjisinin praktik elektrikə çevrilməsi məsələsi artıq həll olunub və tamamilə əlçatandır.Heç bir yeni araşdırma  və kəşf tələb olunmur.İndi yalnız texnologiyaların təkmilləşdirilməsi və bu sahənin inkişafı lazımdır.  Bu həm də qiymətlərdə ucuzlaşmaya və resursun daha əlçatan olmasına gətirib çıxaracaq.

 

  • 5-cisi, günəş enerjisinin bəzi texnologiyaları qiymətdə yanacağın bəzi ənənəvi növləri ilə rəqabətə girir. İndi artıq  günəş enerjisi hesabına özüqızdıran və özüsoyudan, həmçinin kənd yerlərində və uzaq regionlarda  adətən  adi  enerji resurslarınin qiyməti ilə rəqabətə girir.

 

  • 6-cısı, günəş enerjisi demək olar ki,  hər kəsə məxsusdur. Bu, elektrikin mərkəzləşdirilmiş mənbəyidir.Buna görə sabotaj, dağıntı və digər ziyanlar çox az ehtimal olunur. Günəş enerjisinə  dövlət nəzarətində, nə də hansısa korporasiyaların nəzarəti altında deyil.Bu gün yenilənən günəş enerjisi biznesinin ən böyük hissəsi, xırda kompaniyalar arasında paylanıb.  Lakin bir neçə kompaniyanın, məsələn, BP, “Shell” və  “General Electric” (GE) simalarnda   istisnalar  var ki, onlar bazarda getdikcə xüsusi mövqe qazanırlar.

 

  • 7-cisi, günəş enerjisinin texnologiyası heç kimdən asılı olmadan  insanlara şəxsi elektrikinin istehsalına nəzarət edə bilmək imkanı verəcək. İnsan özü lazımi qədər enerjini tənzimləyə biləcək və daha yerli elektrik stansiyalarına bağlı olmayacaq.

 

Bununla yanaşı, hərşeyin bir əks tərəfi də var. Əvvəla qeyd edək ki, yenilənən günəş enerjisi və digər yanacaq növləri bugünkü enerji istehsalı və istehlakının çox az hissəsini təşkil edir. Beləliklə, çox az adam yeni enerjinin üstünlüklərini hiss edə bilər. Lakin, günəş batareyaları istehsal edən mütərəqqi  hökumətlərin və böyük şirkətlərin cəhdlərinə əsasən vəziyyət dəyişə bilər.

 

Digər tərəfdən, bir fakt da məlumdur ki, yenilənən günəş enerjisi çox vaxt aktiv şəkildə neft və digər enerji kartelləri ilə dəstəklənir. Yəni, güclü dəstək olmadan günəş enerjisi gələcəkdə çətin əldə olunacaq. Lakin heç kim bu faktı inkar etmir ki, günəşi izləmə sistemində günəş batareyaları düzgün quraşdırılarsa, onların keyfiyyəti və effektivliyi dəfələrlə artır.

 

Bundan başqa, bu sahənin tədqiqi və inkişafı, xüsusən ənənəvi yanacaqla müqayisədə, bir çox ölkələrdə, məsələn, ABŞ və Kanadada çox zəif maliyyələşdirilib. Xoşbəxtlikdən, Avropada, həmçinin, bir neçə ölkədə-Almaniya, İspaniya, Böyük Britaniya və Hollandiya kimi ölkələrdə  istisnalar mövcuddur. Onlar çox çalışırlar ki, günəş enerjisinə köklənsinlər.

 

Nəticə olaraq, qeyd etmək lazımdır ki, bu məsələnin müsbət tərəfi daha çoxdur, çünki neftin və təbii qazın qiyməti daim artır, insanlar isə hər vəchlə yanacaq və elektrik enerjisinə görə xərclərini azaltmaq istəyirlər.

 

Günəş enerjisi sizin evlərinizin elektriklə təminatı və rahatlığına sərf olunan xərclərin azalması üçün ən yaxşı, özü də uzunmüddətli seçimdir...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR