Slimfit
  1. MEDİA

Niyazi Bayramov türkiyəli iş adamı ilə görüşüb

Niyazi Bayramov türkiyəli iş adamı ilə görüşüb
Sakura

Niyazi Bayramov türkiyəli iş adamı ilə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin “Albayrak” Holdinqinin idarə heyətinin üzvü İbrahim Karaca ilə görüşüb. Görüşdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk də iştirak edib.

 

Niyazi Bayramov türkiyəli iş adamına şəhərin iqtisadi potensialı barədə ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Burada Beynəlxalq Hava Limanı, Gəncə Avtomobil Zavodu və “Azəraliminium” MMC kimi bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir. Həmçinin qeyd olunub ki, qədim İpək yolunun üzərində yerləşən şəhər olduqca əhəmiyyətli coğrafi mövqeyə sahibdir. Gəncə Qərb bölgəsinin qəlbi və mərkəzi hesab olunur.

 

İbrahim Karaca isə öz növbəsində təmsil etdiyi “Albayrak” Holdinq barədə şəhər rəhbərliyinə ətraflı məlumat verib. O bildirib ki, 1952-ci ildə inşaat sahəsində fəaliyyətə başlayan “Albayrak” Holdinq bu gün sənaye, xidmət, logistika və media sahələrində 50-yə yaxın şirkəti birləşdirir.
 

Söhbət zamanı “Albayrak” Holdinqinin burada icra edə biləcəyi layihələr ətrafında geniş müzakirələr aparılıb, məişət tullantılarının daşınması və utilizasiyası, habelə ictimai nəqliyyatın modernləşdirilməsi sahələrində birgə layihələrin icrasının mümkünlüyündən danışılıb.
 

--
Hörmətlə, Gəncə Şəhər İcra Hakimiyyəti 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR