Niyazi Bayramov sakinlərin müraciətlərini dinləyib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb, onların şikayət və təkliflərini dinləyibGörüşdə sakinləri narahat edən məsələlər dinlənilib, dilə gətirilən problemlərin həlli üçün müvafiq tədbirlər görülüb.
Səsləndirilən məsələlər arasında işlə təminat, müalicə üçün göndərişin verilməsi, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməkliyin göstərilməsi, kimi məsələlər üstünlük təşkil edib.
Sakinlərin müraciətlərini tək-tək dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digərləri isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüblər.
--
ganjanews az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət