Slimfit
  1. MEDİA

Niyazi Bayramov Gəncənin “Mahrasa bağı” sakinlərinin şikayət və təkliflərini dinləyib

Niyazi Bayramov Gəncənin “Mahrasa bağı” sakinlərinin şikayət və təkliflərini dinləyib
Sakura

Niyazi Bayramov Gəncənin “Mahrasa bağı” sakinlərinin şikayət və təkliflərini dinləyib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüşüb. Görüş Gəncənin “Mahrasa bağı” adlanan ərazisində təşkil edilib. İdarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə sakinlər öz problemlərini dilə gətirib, təkliflərini səsləndiriblər.

Sakinlər bildiriblər ki, onları narahat edən əsas problemlərdən biri mavi yanacağın təziqinin aşağı olması və suyun vasilələrlə verilməsidir. 1 nömrəli marşrut xəttinin uzadılmasını istəyən sakinlər, 17 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusların qrafikindən şikayətləniblər. Mahrasa bağının ətrafındakı Təbriz, C.Rəfibəyli və Eminbəyli küçələrində asfalt işlərinin görülməsini müsbət qarşılayan sakinlər, məhəllədaxili yolların da səligəyə salınmasını və gecə işıqlanması sisteminin qurulmasını xahiş ediblər. Şəhər rəhbərinin diqqətinə çatdırılıb ki, Mahrasa bağında istirahət güşələri də olduqca azdır.

Sakinlər ümumi məsələlərlə yanaşı, öz şəxsi problemlərini də dilə gətiriblər. Əksər problemlər yerindəcə öz həllini tapıb. Bəzi məsələlərin araşdırılaraq qanuna uyğun şəkildə həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR