Slimfit
  1. AVTO VƏ MOTO

Nissan X-Trail modelinin mühərrik çeşidini yeniləyib

Nissan X-Trail modelinin mühərrik çeşidini yeniləyib
Sakura

Nissan X-Trail modelinin mühərrik çeşidini yeniləyib

Nissan şirkəti Avropada satılan X-Trail modelinin mühərrik çeşidini yeniləyib. Artıq krossover Euro 6d-TEMP standartlarına cavab verən benzin və dizel mühərrikləri dəsti ilə təklif edilir.

1,6-litrlik DIG-T turbomühərriki Renault-Nissan alyansının Daimler konserni ilə birlikdə hazırladıqları 1,3-litrlik DIG-T mühərriki ilə əvəzlənib. Yeni aqreqat 160 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, 1,6-litrlik mühərrikin hasilatı 163 at qüvvəsi və 240 Nm idi. 1,3-litrlik aqreqat yeni altı pilləli iki muftalı «robot» ilə  təchiz edilir. Yeni qutu variatoru əvəzləyib. Avropada benizn mühərrikli Nissan X-Trail yalnız öndən çəkişlə  təklif edilir.

1,6 və 2,0-litrlik dizel mühərrikləri 170 at qüvvəli 1,7-litrlik aqreqatla əvəzlənibdir. Dizel mühərriki altı pilləli mexaniki qutu ilə tandemdə çalışır. Dizel krossoverlər öndən və tam çəkişli ola bilərlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR