Slimfit
  1. İQTİSADİYYAT

“Nissan” koronavirusa görə Çində 4 müəssisəsini işə salmadı

“Nissan” koronavirusa görə Çində 4 müəssisəsini işə salmadı
Sakura

“Nissan” koronavirusa görə Çində 4 müəssisəsini işə salmadı

“Nissan Motor” şirkəti 2019-nCoV koronavirusunun Çində yayılması ilə bağlı bu ölkədəki dörd müəssisəsinin işə başlamasını təxirə salıb.

Report” “Kyodo”ya istinadən xəbər verir ki, həmin müəssisələrin üçündə işin bərpası fevralın 10-dan sonra, koronavirusun yayılma ocağı Hubey əyalətində yerləşən müəssisənin də fəaliyyətinin bərpası fevralın 14-dən sonra gözlənilir.

Bundan əvvəl “Nissan Motor” Ay təqvimli Yeni il bayramı ilə əlaqədar Çindəki müəssisələrinin fəaliyyətinin bərpasını fevralın 4-nə təyin etmişdi.

Koronavirusun törətdiyi yeni tip pnevmoniyanın yayılması üzündən Çində fəaliyyət göstərən başqa avtomobil şirkətləri, o cümlədən Yaponiyanın “Honda Motor”, "Toyota Motor Corp." və “Mazda Motor” şirkətləri də oxşar addım atdıqlarını bildirib.

Xatırladaq ki, dekabr ayının sonundan Hubey əyalətində yayılmağa başlamış koronavirusa yoluxma halları hazırda Çindən başqa daha 23 ölkədə qeydə alınıb. Son məlumata görə, Çində yoluxanların sayı 20438, ölənlərin sayı 426 nəfərdir, onlardan biri Honkonqda ölüb. Daha bir nəfər Filipində dünyasını dəyişib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR