Slimfit
  1. AVTO VƏ MOTO

Nissan avtomobilə küncə baxmağa öyrədəcək

Nissan avtomobilə küncə baxmağa öyrədəcək
Sakura

Bundan başqa, sistem sürücünün vəziyyətini də izləyəcək

Nissan şirkəti sürücülərə küncə baxmağa imkan verəcək yeni I2V (Invisible-to-Visible) avtomobil sistemini elan etdi. Texnologiyanı CES istehlakçı elektronikası sərgisi zamanı təqdim edəcəklər.

I2V sistemi avtomobil kameralarındakı informasiyanı bulud yaddaşındakı məlumatlarla birləşdirməyə qadirdir. Nəticədə o təkcə maşın ətrafındakı sahəni nəzarətdə saxlamır, həm də onun qarşıdakı yolunda maneələri proqnozlaşdıra bilir.

Bəzən elektronika binanın küncündə və ya döngədə nə olduğunu sürücüyə göstərə bilər. Nissanda söz veriblər ki, sistem yol hərəkətinin digər iştirakçıları barədə “insan kimi” məlumatlandıracaq.

Bundan başqa, texnologiya yol nişanları barədə göstərişlər verəcək və sürücünün vəziyyətini izləyəcək. İnsan yorulanda o idarəetmədə kömək təklif edəcək və ya kofe içmək üçün dayanmağı məsləhət görəcək. Ətraflı məlumatı Nissan mühəndisləri 7 yanvarda CES sərgisində açıqlamağa söz verirlər.

 

Mənbə: Rueconomics.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR