Slimfit
  1. AVTO VƏ MOTO

"Nissan" 3,5 minə, KİA 3 minə satışa çıxarıldı

"Nissan" 3,5 minə, KİA 3 minə satışa çıxarıldı
Sakura

"Nissan" 3,5 minə, KİA 3 minə satışa çıxarıldı

Bəzi dövlət qurumları balansında olan avtomobilləri hərraca çıxarıb.

Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 4 iyun tarixində açıq auksion keçirəcək.

Budəfəki hərraca Milli Məclis 2, Dövlət Statistika Komitəsinin Qazax rayon Statistika İdarəsi və Neftçala Rayon İcra Hakimiyyəti hərəsi 1 avtomobil təqdim edib.

Milli Məclis özəlləşdirəməyə 2 “Nissan Maksima” təqdim edib ki, onlardan birinin ilkin start qiymət 3500 manat, digərinin ilkin start qiyməti isə 5400 manatdır. İki eyni markalı avtomobilə fərqli qiymətlərin müəyyən edilməsinin səbəbi avtomobillərdən birinin 2006, digərinin 2007-ci il istehsalı olmasıdır.

Dövlət Statistika Komitəsinin Qazax rayon Statistika İdarəsi də hərraca “Nissan Maksima” təqdim edib ki, onun da ilkin start qiyməti 4500 manatdır.

Neftçala Rayon İcra Hakimiyyəti isə hərraca “KİA Sporteyc” markalı avtompobil təqdim edib. Onun ilkin start qiyməti isə 3000 manatdan başlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR