Dərc edildi: Baxış sayı: 1131
Nişat Şirvani - Saqın ey qönçə dəhan, gül kimi xəndan gəzmə
Saqın ey qönçə dəhan, gül kimi xəndan gəzmə,
Dağıdıb zülfı-pərişan, pərişan gəzmə.
Gəzmə qurbanın olum, qədrini bilməzlər ilə,
Qorxuram hüsnünə nagah yetə nöqsan, gəzmə.
Əzizim, istər isən şöhreyi-şəhr olmayasan,
Seyri-bazar edib əğyar ilə meydan gəzmə.
E1 yaman, yaxşı deyər, gəzmə bu kafərlər ilə,
Sənə yüz kərrə dedim, gəzmə, müsəlman, gəzmə.
Ey Nişat, sən səri-kuyində müqim ol yann,
Kəşti-bağ eyləmə, gəl bağ ilə bostan gəzmə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət