Slimfit
  1. DÜNYA

Nikolun qələbəsi qorxuludur: o, hər şeyi məhv edir

Nikolun qələbəsi qorxuludur: o, hər şeyi məhv edir
Sakura

Nikolun qələbəsi qorxuludur: o, hər şeyi məhv edir

Ermənistan siyasi böhran vəziyyətindədir.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı jurnalist Ves Martinin “Nəşnl İnterest” qəzetindəki məqaləsində yer alıb. Onun sözlərinə görə, Con Boltonun Ermənistana səfəri zamanı onu heç də asan situasiya gözləmir.

O, Nikol Paşinyanın ölkədəki hüquq-mühafizə orqanlarından öz siyasi rəqibləri ilə hesablaşmaq üçün istifadə etdiyini bildirib:

“Paşinyanın ilk hədəfi eks-prezident Robert Köçəryan oldu. Paşinyan həmçinin erməni KİV-lərindən, xüsusi-xidmət və hüquq-mühafizə orqanlarından da yararlanmağa çalışır. Qorxulu olan onun təkcə Köçəryana təzyiqi deyil, həm də dekabr seçkisində populyarlığından istifadə edərək, qalib gələcəyi və bundan sonra onun öz kampaniyasını sonuncu rəqibi məhv olana qədər davam etdirəcəyidir. Əgər böyük güclər onu çərçivələr daxilində qalmağa məcbur etməsələr, o öz düşmənlərini məhv etməyi dayandırmayacaq. Paşinyan Ermənistanda demokratiyanı məhv etməklə bərabər Qafqaz regionunu da böyük destabilizasiyaya itələyəcək. ABŞ və AB Paşinyanın sözlərinə əvvəlki kimi inanmağa davam etsə, çox şey itirə bilər. Qərbin hərəkət etmək vaxtı çatıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR