Dərc edildi: Baxış sayı: 602
Nikola Yurçeviç Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilib
Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərilib. Bu barədə "Report"a AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, xorvatiyalı mütəxəssisin İcraiyyə Komitəsinə təqdim etdiyi hesabat ətrafında qızğın müzakirələr gedib. Qərara gəlinib ki, Yurçeviç yeni iş yeri ilə bağlı danışıqlar aparmaqda sərbəstdirlər. V.Sadıqov bu vəzifəyə baş məşqçi təyinatının müzakirə olunmadığını da əlavə edib.
Qeyd edək ki, Nikola Yurçeviç Azərbaycan millisinə 2019-cu ilin fevralın 11-də baş məşqçi təyin olunub. Onunla həmin vaxt 1 illik müqavilə bağlanılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət