Slimfit
  1. DÜNYA

Nikol Paşinyan: "Türkiyə ilə münasibətlərin bərpası üçün heç bir şərtimiz yoxdur"

Nikol Paşinyan: "Türkiyə ilə münasibətlərin bərpası üçün heç bir şərtimiz yoxdur"
Sakura

Nikol Paşinyan: "Türkiyə ilə münasibətlərin bərpası üçün heç bir şərtimiz yoxdur"

Litvanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Egidijus Vareikis Ermənistanın baş naziri Nikol Paşinyana sualla müraciət edib. 

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, litvalı parlamentari Ermənistanın yalnız Azərbaycanla deyil, başqa qonşu ölkələrlə də münasibətlərinin yaxşı olmadığını deyərək bunun səbəblərini soruşub.

N.Paşinyan isə cavabında bildirib ki, Ermənistanın Gürcüstan və İranla münasibətləri yaxşıdır: "Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərimiz yoxdur. Türkiyə Azərbaycan ilə münasibətlərimizin yoluna düşməsini gözləyir. Bizim isə Türkiyəyə münasibətdə heç bir şərtimiz yoxdur və münasibətlərin bərpa olunmasına hazırıq. Biz qonşu dövlətlərlə münasibətlərimizi yalnız sülh şəraitində qurmaq niyyətindəyik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR