Slimfit
  1. DÜNYA

Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olundu

Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olundu
Sakura

Ermənistan prezidenti Armen Sarkisyanın 14 yanvar tarixli fərmanı ilə Nikol Paşinyan Ermənistan Respublikasının…

Həmin gün Ermənistan parlamenti əksəriyyət təşkil edən "Mənim addımım" fraksiyası tərəfindən namizədliyi irəli sürülən Nikol Paşinyanı baş nazir vəzifəsinə seçib.

2018-ci ilin aprel-may aylarında Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etirazlar nəticəsində Serj Sarkisyan istefa verdikdən sonra Nikol Paşinyan Ermənistan Hökumətinin başçısı seçilmişdi. Lakin Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublikaçı Partiyası Milli Məclisdə çoxluq təşkil edirdi.

Dekabrın 9-da növbədənkənar parlament seçkiləri nəticəsində Nikol Paşinyanınrəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası tərəfindən təşkil edilmiş "Mənim addımım" seçki bloku qalib gələrək, parlamentdə 88 mandat (70,42%) əldə edib.

Parlamentdə təmsil olunmaq üçün yetərli sayda səs toplayan Firavan Ermənistan Partiyası - 26 (8,26%), "Zəkalı Ermənistan" bloku - 18 (6,37%) mandata sahib olublar.

Ermənistan Milli Məclisi, həmçinin parlament sədri vəzifəsinə "Mənim addımım" blokun üzvü Ararat Mirzoyanı seçib.

Parlament sədrinin iki müavinindən biri "Mənim addımım" fraksiyasından, digəri isə ya Firavan Ermənistan, ya da Zəkalı Ermənistan fraksiyalarının nümayəndələri olmalıdır.

Çoxluq təşkil edən "Mənim addımım" fraksiyası Firavan Ermənistan Partiyasının namizədini dəstəkləyəcəyini bildirib.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR