Slimfit
  1. SİYASƏT

Nikol Paşinyan Azərbaycanın antiterror tədbirlərinə münasibət bildirib

Nikol Paşinyan Azərbaycanın antiterror tədbirlərinə münasibət bildirib
Sakura

Nikol Paşinyan Azərbaycanın antiterror tədbirlərinə münasibət bildirib

“Hazırda Ermənistanın sərhədlərində sakitlikdir, Ermənistan münaqişədə iştirak etmir. Qeyd etmək istəyirəm ki, Ermənistan Qarabağdakı hərbi münaqişəyə cəlb olunmayıb. Bizi hərbi münaqişəyə sürükləmək cəhdləri qəbuledilməzdir”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan televiziya vasitəsilə canlı yayımda çıxış edərkən deyib.

Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda xüsusi olaraq qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə antiterror tədbirləri çərçivəsində yalnız qanuni hərbi obyektləri və hərbi infrastruktur məntəqələrini hədəfə alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR