Slimfit
  1. QADINLAR ÜÇÜN

Nikol Kidmandan qadınları ruhlandıran tövsiyələr

Nikol Kidmandan qadınları ruhlandıran tövsiyələr
Sakura

Ömrü boyu qazandığı həyat təcrübəsini tez-tez müsahibələrində bölüşən Nikol Kidman hər zaman qadınları…

Ömrü boyu qazandığı həyat təcrübəsini tez-tez müsahibələrində bölüşən Nikol Kidman hər zaman qadınları ruhlandıran tövsiyələr verib.

Publika.az xarici mətbuata istinadən aktrisanın tövsiyələrini təqdim edir.

Seksual görünmək üçün soyunmağa ehtiyac yoxdur!

Hər hansı qərar vermək üçün səy göstərdiyimi deyə bilmərəm. Hər şeyi öz axarına buraxıram.

Sevilmək öyrənilməsi lazım olan qabiliyyətdir. Sevməkdən daha çətindir. Sevilməyə layiq olduğunu düşünmək zaman alır.

Yaxşı şərtlərdə aşiq olmaq asandır. Çətin şərtlərdə eşqə düşməyi bacarmaq lazımdır.

Səssiz qalaraq da savaşa bilərsiniz. Gurultuya ehtiyac yoxdur!

Güclü insanlar saça, ədalara və xarici görünüşə baxmırlar, güclü insanlar daha dərinə - gözlərə baxırlar.

Yaşlaşdıqca bütün baş verənlərin mahiyyətini anlamağa başlayırsan və sadəcə harasa uzaqlara getmək istəyirsən.

Yaşım artdıqca insanların dediklərinə daha az fikir verirəm. Bunun əvəzinə onların nə etdiyinə baxıram.

Yaşayaraq daha çox əmin oluram ki, biz qadınlar kiminsə anasıyıq. Öz uşaqlarımız yoxdursa belə qardaşımıza, dostumuza və ya kiməsə qarşı analıq instinktə bənzər hiss bəsləyirik. Sonra biz valideynlərimizin valideynləri olur və onların qayğısına qalırıq.

Gələcəyinizi idarə etmək arzusundan imtina etsəniz, daha xoşbəxt ola bilərsiniz.

Həyatınızda nə baş verməsindən asılı olmayaraq, siz həmişə sevə bilərsiniz. Aşiq olmaq çox cəsarətli bir hərəkətdir. Kiməsə bütün varlığınızla güvənmək lazımdır. Çox çətin və çox cəsarətlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR