Slimfit
  1. SİYASƏT

Nikol erməniləri “Şuşaya qaytarmaq” istəyir

Nikol erməniləri “Şuşaya qaytarmaq” istəyir
Sakura

Nikol erməniləri “Şuşaya qaytarmaq” istəyir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə ermənilərin Qarabağ ərazilərinə, eləcə də onlara bitişik rayonlara qaytarılması ilə bağlı danışıqlara başlamaq tapşırılıb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

“Bunun üçün mexanizmlərdən istifadə edilməlidir və mən xarici işlər nazirinə tapşırdım ki, onlar BMT-nin ali komissarı ilə müzakirəyə başlasın”, - o bildirib.

Paşinyan vurğulayıb ki, Bakı, Şirvan, Sumqayıt, Gəncə, Göygöl, Şəmkir, Naxçıvan və Azərbaycanın digər rayonlarından "çıxarılan" ermənilər eyni məsələ ilə bağlı hökumətə müraciət edirlər:

“Onlar şikayət edirlər ki, biz onların sülhməramlıların müşayiəti ilə öz evlərinə qayıtması məsələsini qaldırmırıq. Üçtərəfli Bəyanatın 7-ci bəndi yalnız Qarabağa və ona bitişik rayonlara aiddir, lakin bu, həmin rayonlara ermənilərin qayıtmasına mane olmur. Onlar öz mülkiyyət hüquqlarını beynəlxalq instansiyalarda təqdim edirlər”.

Qeyd edək ki, Paşinyan bu barədə “hərəkətə” Qərbi Azərbaycan İcmasının Ermənistandakı dədə-baba yurdlarına qayıtmağa şərait yaratmaları ilə bağlı müraciətindən sonra keçib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR