Slimfit
  1. İDMAN

Nike yenə də Ronaldoya öz dəstəyini əsirgəmədi

Nike yenə də Ronaldoya öz dəstəyini əsirgəmədi
Sakura

Nike yenə də Ronaldoya öz dəstəyini əsirgəmədi

Hookit medya agentliyinə görə Ronaldonun sosial media platformaları üzrə 323.4 milyon izləyicisi mövcuddur.  Hətta dünyanın ən yaxşı brazilyalı hücumçusu Ronaldinho belə 83.7 milyon izləyici sayı ilə Ronaldodan geridədir. Təkcəinstagram hesabı ilə Ronaldo planetin üçüncü ən çox izləyicisi olan atlet hesab edilir, izləyici sayı isə 128 milyon nəfərdir.

Əslində yuxarıdakılar böyük şirkətlərin sosial medya postlarına niyə bu qədər çox pul xərclədiyini də bir tərəfdən açıqlayır. Hookitin araşdırmasına görə, Ronaldonun hər  postu təqribən 2.3 milyon insana çatır. Bu postlar Nike kimi şirkətlər üçün 1.8 milyard dollarlıq gəlir deməkdir.  Sosial media araşdırma şirkəti İzeaya görə Ronaldo 2018-ci ildə hər sponsorlu instagram postundan təqribən 400 000 minə qədər gəlir gətirib.

Bu sahədə Ronaldo rəqibsiz olduğundan 2016-cı ildə  ömrünün sonuna qədər Nike ilə bir milyardlıq müqavilə imzalayıb. Bu müqaviləyə görə Ronaldo futbolu tərk edib pensiya yaşına çatandan sonra belə Nike ona pul ödəməyə davam edəcək. Basketbol əfsanəsi, NBA-in bir nömrəsi Michael Jordan da 2003-cü ildə Nike ilə belə bir müqavilə imzalamışdı. Lakin hər varlı etdiyi kimi Ronaldo da vergidən qaçır, buna görə də 21.7 milyon dəyərində  cərimə ödəməlidir.

Bu il də məhşur futbolçu medianın diqqətindən uzaq qalmayıb. İlk növbədə İtaliyanın futbol klubuna transfer olan Ronaldo bu qərarı ilə bir sıra mübahisələrə səbəb oldu. Bu mövzuda bir çoxları onun tərəfini saxlamasa da Nike şirkəti yenə də öz reklam simasına dəstəyini əsirgəmədi. Belə ki, şirkət İtaliyanın Turin şəhərində Piçça Vittorio Veneto meydanında futbolçunun bütün uğurlarını əks etdirən böyük bir reklam bilbordu asaraq öz dəstəyini ifadə etmişdir. Reklam lövhəsinin sonunda isə “Hər şeyi unut və yenidən başla.” ifadəsi yer alıb.

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR