“Nike” Ronaldonun Yuventus karyerası üçün Nəhəng Afişalar yayımladı
Futbol azarkeşlərinin bildiyi kimi, illərdir Real Madrid komandasında forma geyinən Portuqaliyalı ulduz fulbolçu Kritiano Ronaldo, ötən ay 112 milyon avro qarşılığında “Yuventus” futbol klubuna transfer oldu. Bəzi insanlar tərəfindən dünyanın ən yaxşı futbolçusu kimi göstərilən və müntəzəm olaraq “Barselona” futbol klubunun ulduz futbolçusu Argentinalı Lionel Messi ilə müqayisə edilən Portuqaliyalı futbolçunun transferi təbii olaraq futbol dünyasında böyük səs gətirdi.
Kritiano Ronaldo Yuventus futbol klubuna transferindən sonrakı ilk rəsmi matçına İtaliya liqasının ilk həftəsində “Chievo” futbol klubunun meydançasında çıxmışdı. Bu matçı rekord sayda futbol azarkeşi izləmiş, matçı yayımlayan İtaliyanın “Sky” telekanalı 2.3 milyon izləyici sayı ilə tarixdəki ən yüksək dördüncü izlənmə göstəricisinə çatmışdı. Lakin “Yuventus” azarkeşləri tərəfindən daha böyük bir həyəcanla gözlənilən görüş “Yuventus” – un liqanın ikinci həftəsindəki öz meydançalarında oynanılacaq “Lazio” qarşılaşması idi. Kristiano Ronaldonun ilk dəfə öz izləyicisi qarşısında oynayacağı futbol matçı ötən şənbə günü reallaşdı və“Yuventus” qarşılaşmanı 2 – 0 qazandı.
Yuventus – Lazio qarşılaşmasından əvvəl ulduz futbolçunun sponsoru olan“Nike” firması Yuventusun yerləşdiyi Turin şəhərinin müxtəlif yerlərinə üzərində başdan sona qədər İtaliyanca yazıların olduğu nəhəng reklam afişaları yerləşdirdi. Afişaların üzərindəki bu yazılar Kritiano Ronaldonun karyerası ərzində əldə etdiyi uğurların bir qismini əhatə edirdi. Bu reklamın əsas məqsədi isə belə idi:
“Saysız qollara imza atdın, bir çox kubok qaldırdın. Hər şeyi unut, yenidən başla.”
Hazırda 33 yaşı olan Kristiano Ronaldo, bir çox futbolçunun yavaş-yavaş təqaüdə çıxdığı bir yaşda karyerasında yeni bir səhifə açdı. Hətta hələ də əzmli və hədəfləri olan bir futbolçu olduğunu göstərmək üçün “Yuventus” ilə Çempionlar Liqasında qalib gəlmək istədiyini ifadə etdi. “Nike” – ın da bu reklam afişaları ilə Ronaldonun mesajını əsaslandırmaq istədiyini deyə bilərik.
Mənbə: Banco.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət