Dərc edildi: Baxış sayı: 500
Niderland millisinin baş məşqçisi xəstəxanaya yerləşdirildi
Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kumanın ürəyində problem aşkarlanıb.
"Report"un "De Telegraaf" nəşrinə istinadən məlumatına görə, 57 yaşlı mütəxəssis bu səbəbdən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Bildirilib ki, ona ürək kateterizasiyası edilib. Həkimlərin vaxtında və sürətli müdaxiləsi sayəsində R.Kumanın hazırkı vəziyyətinin sabit olduğu vurğulanıb.
Qeyd edək ki, Ronald Kuman 2018-ci ildən Niderland yığmasına başçılıq edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət