Dərc edildi: Baxış sayı: 238
Nicat Abasov İddiaçılar Turnirində mübarizəyə başlayır
Bu gün Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirində mübarizəyə başlayacaq.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, 28 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.
Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:30-da start götürəcək.
I turda Fabiano Karuana - Hikaru Nakamura (hər ikisi ABŞ), Əlireza Firuzca (Fransa) - Rameşbabu Praqnanandha (Hindistan) və Dommaracu Qukeş - Santoş Vidit (hər ikisi Hindistan) görüşləri də keçiriləcək.
Qeyd edək ki, yarış aprelin 21-də başa çatacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət