Dərc edildi: Baxış sayı: 627
Niaqara şəlaləsi də dondu
Son günlər Kanada və ABŞ-ın şimal rayonlarında qeydə alınan güclü şaxta nəticəsində Niaqara şəlaləsi qismən donub.
Trend-in məlumatına görə, yerli sakinlər bu təbiət möcüzəsinin şəkillərini sosial şəbəkələrdə paylaşıblar.
Ötən həftənin sonundan Kanadanın şərq, mərkəzi və arktik rayonlarında 30-40, bəzi yerlərdə isə 55 dərəcə şaxta qeydə alınıb.
Xatırladaq ki, 2018-ci ilin əvvəlində də Niaqara şəlaləsi qismən donmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət