Nəzarət kassa aparatından istifadə etməyən təsərrüfat subyektlərinə qarşı daha müasir metodlar tətbiq…
Vergilər Nazirliyi tərəfindən nəzarət kassa aparatlarından (NKA)dan istifadə etməyən təsərrüfat subyektlərinə qarşı daha müasir metodlardan istifadə olunmaqla təsirli yanaşma mexanizmləri tətbiq olunacaq.
Nazirliyin media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu sahədə beynəlxalq təcrübəni öyrənən nazirlik NKA-larla bağlı ən müasir və innovativ nəzarət metodlarından istifadə imkanlarını araşdırır.
Hazırda dünya təcrübəsində olan müasir texniki nəzarət sistemlərinin tətbiqi öyrənilir və onların milli vergi sistemində istifadə olunması nəzərdən keçirilir.
Vergilər Nazirliyinin məqsədi sahibkarları qanunla müəyyən edilmiş öhdəliklərə riayət etməyə sövq etməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət