Slimfit
  1. TEXNOLOGİYA

Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq

Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq
Sakura

Tokio Universitetinin tədqiqatçıları geomaqnit sahəsində lokal dəyişiklikləri insandan daha tez ölçən…

Tokio Universitetinin tədqiqatçıları geomaqnit sahəsində lokal dəyişiklikləri insandan daha tez ölçən neyroşəbəkə hazırlayıblar. Texnologiya zəlzələ və sunamilərin proqnozlaşdırılmasının dəqiqliyini artırmağa imkan verəcək.

ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, zəlzələ və ya sunamilər zamanı pyezomaqnit adlanan effekt baş verir – parçalanma nəticəsində çıxan böyük miqdarda enerji geomaqnit sahəsinin lokal dəyişikliyinə səbəb olur.

Məlumata görə, təbii fəlakətlərin proqnozlaşdırılması zamanı əsas vəzifə dəyişiklikləri izləmək və əhalini ikinci dağıdıcı dalğa yaşayış ərazilərinə yaxınlaşmazdan əvvəl xəbərdar etməkdən ibarətdir.   

Seysmoloqlar tərəfindən neyroşəbəkəyə Yaponiya ərazisində yüzlərlə nöqtədə maqnit sahəsində baş verən tarixi dəyişikliklər üzrə aparılan müşahidələr haqqında məlumatlar yüklənilib. Nəticədə onlar təbii fəlakətlərlə əlaqədar dəyişiklikləri təxminən 100 faiz dəqiqliklə proqnozlaşdıran süni intellekt yaratmağa nail olublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR