Slimfit
  1. İDMAN

Neymar dünən niyə oynamayıb?

Neymar dünən niyə oynamayıb?
Sakura

Neymar dünən niyə oynamayıb?

PSJ-nin hücumçusu Neymarın Liqa 1-in 5-ci turunda “Sent-Etyen”lə ev oyununda meydana çıxmamasının səbəbi bəlli olub.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Tomas Tuhel braziliyalı futbolçunun özünü yaxşı hiss etmədiyinə görə dünənki matçı buraxdığını bildirib. Alman mütəxəssis aparıcı oyunçusunu riskə atmamaq üçün ona istirahət verib:

 

“Oyundan bir gün əvvəl Neymarla söhbət etdik. Ona dedim ki, məşq etməyə bilərsən, çünki səni oynatmağı düşünmürəm. Amma o, özünü yaxşı hiss etdiyi üçün hazırlıq prosesində iştirak etdi. Bundan sonra Neymar həmin gecəni yata bilməyib. Gecə ondan özünü necə hiss etdiyini soruşdum. Söylədi ki, bilmirəm. Onun bu sözü məni narahat etdi. Braziliya millisinin heyətində yoldaşlıq oyununda 90 dəqiqə meydanda olmuşdu. Ona görə də rsik etmədim. Qərarı da birlikdə qəbul etdik”.

Qeyd edək ki, Neymarın oynamadığı matçda PSJ “Sent-Etyen”i darmadağın edib – 4:0.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR