Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Nəyə görə qışda çox qəhvə içmək olmaz?

Nəyə görə qışda çox qəhvə içmək olmaz?
Sakura

Mütəxəssislər nəyə görə qəhvəni qışda çox içməyi tövsiyə etmirlər ?

Ens.az xəbər verir ki, həkimlər xüsusilə böyrək və sidik-tənasül sistemində problemlər müşahidə olunanlara xəbərdarlıq edirlər.

Hind həkimləri bildirirlər ki, qışda çox qəhvə içmək olmaz, çünki bu, sağlamlıqla bağlı çoxsaylı problemlər yarada bilər. Odur ki, qış aylarında bu ətirli içkdən iki fincandan artıq içmək doğru deyil. İnsanların əksəriyyəti səhər çağını bir fincan qəhvə olmadan təsəvvür etmirlər, axı bunun sayəsində onlar yuxuluğu qovur və özlərini gümrah hiss edirlər. Ancaq xatırlamağa dəyir ki, qəhvə orqanizmi susuzlaşdırır, bu da gücləndirilmiş rejimdə işləməyə başlayan böyrəklərin fəaliyyətinə zərərli təsir edir.

Qışda insan orqanizmi günəş çatışmazlığından, fiziki yüklənmələrdən, həmçinin şirniyyatdan həddən artıq istifadə edilməsindən əziyyət çəkir. Bununla əlaqədar olaraq zəifləyən orqanizmi artıq qəhvə qəbulu daha da pisləşdisə bilər.

Mütəxəssislər izah edirlər ki, qəhvə diuretikdir və o, çox miqdarda - qəhvə içilmyən adi vaxtda bir həftə ərzində olduğu qədər - sidik yaranmasına səbəb olur. Qəhvə böyrəklərə qan axınını da artırır və buna görə böyük miqdarda su ayrılır.

Bununla əlaqədar olaraq, böyrəkləri həddən artıq yükləməmək üçün, həkimlər bütün insanlara gündə ən çoxu iki fincan qəhvə içməyi məsləhət görürlər. Onlar həmçinin xatırladırlar ki, gün ərzində ilıq su da içmək vacibdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR