Slimfit
  1. MARAQLI

Nəyə görə mirasda oğlana iki pay, qıza bir pay düşür?

Nəyə görə mirasda oğlana iki pay, qıza bir pay düşür?
Sakura

Nəyə görə mirasda oğlana iki pay, qıza bir pay düşür?

Quranda bu barədə belə deyilir: "Allah övladlarınız haqqında sizə belə tövsiyə edir: oğlana iki qızın payı qədər miras payı düşür." (Nisa, 4/11)

Təəssüf ki, günümüzdə Qurana yönələn bəzi alimlərimiz, qadın-kişi bərabərdir və haqları eynidir baxış tərzindən yola çıxaraq, bu ayəni səthi dəyərləndirmiş və qadınla kişinin mirasda haqlarının eyni olduğu qənaətinə gəlmişlər.

Halbuki, ayədə oğlanla qız uşağının hansına nə qədər veriləcəyi açıq-aşkar göstərilməkdədir.

Haqq, sayıda və bərabər bölgüdə deyil, haqqı nə isə onu verməkdədir. Yəni, əlindəki 100 manatın iki ailənin hər birinə 50 manat olaraq vermək bərabər bölgüdür. Lakin bir ailənin nüfuzu 10 nəfərdən digər ailənin nüfuzu 2 nəfərdən ibarət olan ailəyə eyni sayıda pulu bölmək ədalətli görülsə də əslində ailənin haqqı nə isə onu verməməkdir. Deməli, həqiqi ədalət hər kəsin haqqı, ehtiyacı nə isə ona görə verməkdir.

Rəbbimiz mirasın paylaşılmasında da gələcəkdə quracaq ailə və alacaq ailə məsuliyyətinə görə kişilərə, qadına veriləcək payın iki qatının verilməsini əmr etmişdir. Bu haqqı bir misalla izah edərsək: Kişinin aldığı 2 payın bir hissəsini evlənəcəyi zövcəsinə mehir olaraq verir və digər payı ilə də ailəsini keçindirir. Qadın isə aldığı 1 payın üzərinə ərə gedəcəyi kişidən 1 pay daha alır və ailəni keçindirmək məsuliyyəti də yoxdur. Belə bir halda, kişinin əlində 0; qadının əlində isə aldığı 1 paydan əlavə kişidən aldığı mehir payını da saxlamış olur.

Mənbə: Milli.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR