Dərc edildi: Baxış sayı: 514
Nəyə görə analizdə B 12 çoxluğu həkimləri qorxudur?Alimlərdən xəbərdarlıq
Qanda analiz verərkən B 12 vitaminin norma həddini çox aşması və yüksək olması heç kimi sevindirmir. Əksinə bu nəticə həkimləri qorxudur və daha ağır nəticələrdən şübhələndirir.
Medicina.az xəbər verir ki, Daniya alimləri bildirib ki, orqanizmdə B 12 səviyyəsinin kəskin artması xərçəng riski ilə sıx bağlıdır.
B 12 vitamin kimi bir sıra ət məhsulları, yumurta, süd məhsullarında çoxdur. Bu vitamin qan tərkibi, DNT və sinir sistemi üçün çox vacibdir.
B 12 yeganə vitamindir ki, qaraciyərdə ehtiyat kimi yığılır və akkumlyator rolunu oynayır.
Orxes Xəstəxanasının mütəxəssisləri təyin edib ki, bu vitaminin kəskin yüksəlməsi və qaraciyərdə çox depolanması artıq orqanizmdə xərçəng riskinin yaranmasına işarə ola bilər.
Bu nəticəyə onlar 333 min xəstə üzərində apardıqları müşahidərlər əsasında gəlib. Tədqiqatın əvvəlində onlardan heç biri xərçəng xəstəsi deyildi. 1998-2010-cu illər ərzində bu insanlarda müxtəlif analizlər, eyni zamanda qanda B 12-nin miqdarı ölçülüb.
Müqayisələr göstərdi ki, göstəricisi 800 pmoldan çox olan xəstələrdə sonradan xərçəng aşkarlanıb.
5 illik nəticələrin sonunda anomal miqdarda B 12 vitamini çox olan şəxsrlərdə qan xərçəngi və siqaretə bağlı ağciyər xərçəngi, qaraciyər və bağırsaq şişləri aşkarlanıb.
Alimlər onu da bildirir ki, orqanizmdə B 12 heç də qidalanmadan çoxalmır. Həmin insanlar B 12 ilə zəngin ərzaqları çox yemirdi. Orqanizmdə bu vitaminin anormal çoxalması hansısa bədxassəli prosesin nəticəsidir.
Bundan öncə isə tibbdə B 12 miqdarı normadan 2-3 dəfə çox çıxan insanlarda qan xəstəliyi, qaraciyər xəstəliklərindən şübhələnir və daha dəqiq müayinələr aparılırdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət