Dərc edildi: Baxış sayı: 510
Netanyahunun rəqibi: Bu əraziləri ilhaq edəcəyik...
İsrailin “Kaxol-Lavan” müxalifət blokunun rəhbəri Beni Qantz da İsrail Baş naziri Benyamin Netanyahu kimi "Yüz ilin anlaşması"nı dəstəkləyib.
Axar.az xəbər verir ki, Qantz daha öncə anlaşmanın seçkiyə müdaxilə olduğunu desə də, bu dəfə ABŞ Prezidenti Donald Trampın anlaşmasına "yaşıl işıq" yandırıb.
O bildirib ki, hakimiyyətə gələcəyi təqdirdə Qərbi Şəriyada İordan vadisini və Ölü dənizin şimalını ilhaq edəcək:
"Biz İordan vadisini İsrailin ayrılmaz bir hissəsi olaraq görürük və seçkidən sonra oranı idarə etmək üçün çalışacağıq. Bunu beynəlxalq ictimaiyyətlə razılaşdıraraq edəcəyik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət