Dərc edildi: Baxış sayı: 653
Netanyahudan çağırış: Bir yerdə yaradaq
İsrailin Baş naziri Benyamin Netanyahu Kahol-Lavan mərkəzçi blokunun rəhbəri Beni Qantzı təkrar seçkidə iştirak etməmək üçün birlik hökumətinin yaradılmasına razılıq verməyə çağırıb.
Axar.az xəbər verir ki, Netanyahu bu çağırışını bu gün “Makor Rişon” qəzetinin keçirdiyi konfransda edib.
“Bu gün mən Qantza deyirəm: gəl, bir yerdə vahid hökumət yaradaq. Yox, o zaman ölkə kimi istədiyinə qərar versin”, - Netanyahu bildirib.
Qeyd edək ki, ötən gün Netanyahu video-müraciət yayaraq, koalisiya hökuməti qurulmayacağı təqdirdə ayrıca baş nazir seçkisi keçirilməsini təklif etmişdi.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət