Dərc edildi: Baxış sayı: 103
Netanyahu Trampla Suriyadan danışdı
İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, söhbət dekabrın 14-ü axşam saatlarında olub.
“Söhbət zamanı onlar digər məsələlərlə yanaşı, girovların geri qaytarılması səylərini, həmçinin Suriya və Qəzzada regional hadisələri müzakirə ediblər”, - deyə Gendelman bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət