Dərc edildi: Baxış sayı: 316
Netanyahu postunu tərk edəcək - SƏBƏB
İsrailin baş naziri Benyamin Netanyahu yırtıqdan müalicə olunmaq üçün əməliyyat olunacaq, baş nazir postunu müvəqqəti olaraq baş nazirin müavini və ədliyyə naziri Yariv Levin icra edəcək.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə baş nazirin administrasiyası məlumat yayıb.
Qeyd olunur ki, yırtıq ötən gecə adi müayinə zamanı aşkarlanıb.
Xatırladaq ki, 2023-cü ilin iyulunda Netanyahu ürəyində kardiostimulyatorun quraşdırması üçün cərrahi əməliyyat keçirmişdi. Həmin dövrdə də hökumət başçısı vəzifəsi Yariv Levinə həvalə edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət