Slimfit
  1. DÜNYA

Netanyahu knessetin spikerindən toxunulmazlıq istəyib

Netanyahu knessetin spikerindən toxunulmazlıq istəyib
Sakura

Netanyahu knessetin spikerindən toxunulmazlıq istəyib

Əvvəllər barəsində üç iş üzrə ittiham irəli sürülən İsrailin Baş Naziri Benyamin Netanyahu ona parlament toxunulmazlığının verilməsi üçün knessetin spikerinə müraciət edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Netanyahu bundan əvvəlki çıxışlarının birində bildirib ki, “toxunulmazlıq demokratiyaya zidd deyil, toxunulmazlıq – demokratiyanın əsasını təşkil edir”.

“Mən daha bir neçə il İsrail hökumətinə rəhbərlik etmək istəyirəm. Qanuna görə, immunitet (toxunulmazlıq) həmişə müvəqqətidir. İmmunitet xalq deputatlarını məhkəmələrdən müvəqqəti qorunma ilə təmin edir. O, knessetin hazırkı çağırışda işi bitənə qədər qüvvədə olur. Əgər knesset işini 3 aydan sonra bitirərsə, o zaman immunitet də bitəcək”, - deyə baş nazir bildirib.

Netanyahu toxunulmazlıq müraciəti üçün nəzərdə tutulan ayın bitməsindən bir neçə saat əvvəl belə bir açıqlama ilə çıxış edib.

Qeyd edək ki, İsrail hökumətinin hüquq məsləhətçisi Avihay Mandelblit Netanyahuya qarşı 4000 adlandırılan iş üzrə rüşvət alma, eləcə də 2000 və 1000 işləri üzrə dələduzluq və ictimai fırıldaqçılıq ittihamları irəli sürmək qərarına gəldiyini açıqlayıb. Öz cavabında baş nazir bildirib ki, bu ittihamların məqsədi onu hökumət rəhbərliyindən kənarlaşdırmaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR