Netanyahu: İsrail uzun müddətdir İranın hücumuna hazırlaşır
İsrail uzun illərdir ki, İrandan birbaşa hücum ehtimalına hazırlaşır və həm müdafiə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırdır.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu açıqlama ilə İsrailin Baş naziri Binyamin Netanyahu çıxış edib.
“Son illər və hətta son həftələr İsrail İrandan birbaşa hücum ehtimalına hazırlaşır, müdafiə sistemləri yerləşdirilib, biz həm müdafiə, həm də hücumda hadisələrin hər cür inkişafına hazırıq”, - Baş nazir bildirib.
İsrailin baş naziri qeyd edib ki, o, “aydın prinsip” müəyyən edib ki, bu da İsrailin “onu vuran hər kəsi vurmasından” ibarətdir. İsrail həmçinin “özünü istənilən təhlükədən qoruyacaq”, “bunu soyuqqanlılıqla və qətiyyətlə edəcək”. "Biz ABŞ-nin dəstəyini, eləcə də Böyük Britaniya, Fransa və bir çox digər ölkələrin dəstəyini yüksək qiymətləndiririk", - o əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət