Slimfit
  1. MARAQLI

Nəsiminin edamından sonra qızı onun məzarının yanında yaşayıb?

Nəsiminin edamından sonra qızı onun məzarının yanında yaşayıb?
Sakura

Nəsiminin edamından sonra qızı onun məzarının yanında yaşayıb?

2019-cu il “Nəsimi ili” çərçivəsində Şərqin böyük mütəfəkkiri olan, Azərbaycan şairi, filosofu İmadəddin Nəsimi haqqında bir çox elmi araşdırma, konfranslara start verilib. 
 
Media da bu işdən kənarda qalmamağa çalışır. Doğrudur, Nəsiminin həyatı və yaradıcılığı, hürufi dünyagörüşü barəsində çox materiallara rast gəlinmir.
 
Moderator.az bu gündən etibarən, müxtəlif alimlərə, mənbələrə istinadən bu böyük Azərbaycan şairi haqqında maraqlı faktları təqdim edəcək.
 
Araşdırmaçı-alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevə istinadən təqdim edəcəyimiz ilk fakt Nəsimin yaxın qohumu barəsindədir. 
 
Alim açıqlamasında həmin qohumunun –konkret olaraq, kürəkəninin- Nəsiminin davamçısı olduğunu, lakin şairin edamından sonra nisgilli həyat yaşadığını bildirir:
 
“Nəsimi Fəzlullahın yolunu davam etdirərək, dövrünün hökmdar və siyasi iqtidar sahibləri ilə sazişə can atıb.. Sultan Əhməd Cəlayir, Qaraqoyunlu Qara Yusiflə danışıqlar aparması, Zülqədər bəyləri (Nəsrəddin bəy, qardaşı Əli bəy) və Hələb hakimi Yaşbəklə dostluq münasibətləri qurması barədə mənbələr qeyd edir.
 
Bu bəylər içərisində Nəsimi ilə dostluğun nəticəsində onun hürufilik əqidəsini qəbul edən Zülqədər bəyləri Nəsrəddin bəy və Əli bəyin adları xüsusi vurğulanmalıdır. 
 
Nəsimi Misirin hakimiyyətini türk hakimiyyəti ilə əvəz etmək yolunda Zülqədər bəylərinin müttəfiqi idi. Müasir dövrdə Türkiyədə yaşayan bütün Zülqədəroğulları (Dulkadiroğulları) oğuzların Bayat boyunun Bozok qoluna mənsubdurlar. Zülqədər eli Oğuzların Bozok qolunun Əfşar, Bayat, Bəydili, Eymur boylarından təşkil olunub.
 
Bu dostluq onunla nəticələnir ki, Nəsimi öz qızını Zülqədər bəyi Nəsrəddin bəylə nigaha girməsinə razılıq verir. Bəzi mənbələrə görə Nəsiminin qızının adı Fatma, digər mənbələrə görə isə Əminə olur (iddialara görə Nəsrəddin bəyın nəvəsinin adı Əminə olub və nənəsinin adını daşıyıb və Osmanlı sultanı II Muradın anası olub) 
 
Nəsimin edamı zamanı Nəsrəddin bəy onu xilas etməyə cəhd etsə də alınmır və həyat yoldaşı atasını itirəndən sonra ondan boşanır. Suriyanın Hələb şəhərinə gəlir və atasının məzarı yanında yaşayır”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR